Güclü külək Gəncədə fəsadlar törətdi - FOTO

Gəncə şəhərində əsən güclü külək bir sıra fəsadlar törədib.
BAKU.WS-in qərb bürosunun verdiyi məlumata əsasən Gəncə şəhərinin bir sıra yaşayış massivlərində iri gövdəli ağaclar aşıb.
Qeyri təbii hava şəraiti nəticəsində həmçinin bəzi yaşayış massivlərində əhaliyə verilən qaz xətti kəsilib. İlkin məlumata əsasən təxminən 300 ə yaxın abonentin mənzilinə verilən mavi yanacaqda fasilələr yaranıb.
Hazırda Gəncə şəhər Mənzil Komunnal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən aşan ağacların yaşayış massivlərindən götürülməsi istiqamətində iş aparılır. Paralel olaraq, Gəncə şəhər Qaz İstismarı İdarəsi tərəfindən mavi yanacaqla bağlı bağlı problemlə üzləşən abonentlərə qazın bərpası istiqamətində işlər görülür.
İlkin məlumata əsasən güclü külək bəzi yaşayış massivlərində bəzi evlərin fam örtüyünə də ciddi ziyan vurub
Qalereya
Oxşar xəbərlər
Güclü leysan rayonlarda ciddi fəsadlar törədib - VİDEO
İki gündür ki, ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Leysan yağışlarından sonra çayların daşması nəticəsində yolları, təsərrüfatlar...
