DİN-dən müğənni Aslan Hüseynovun öldüyü qəza ilə bağlı - RƏSMİ AÇIQLAMA

05
may
2021
11:51
Daxili İşlər Nazirliyi (DİN) müğənni Aslan Hüseynovun öldüyü yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
BAKU.WS xəbər verir ki, DİN-in Mətbuat xidmətindən "Report"a məlumat daxil olub.
Mayın 4-də saat 5 radələrində Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhər sakini Aslan Hüseynov (müğənni) idarə etdiyi BMW markalı avtomobili qarşıda gedən paytaxt sakini G.Bəşirovun idarə etdiyi “KamAZ” markalı yük avtomobilinə vurub.
Nəticədə A.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Hacıqabulda dəhşətli gecə: eyni gündə üç nəfər öldü
Hacıqabul rayonunda ölümlə nəticələnən ard-arda üç yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlum...
