SİZİN REKLAM BURADA!
055 213 76 73



Avqustun 23-də Bakının Binəqədi rayonunda quldurluq hadisəsi törədilən içki dükanının müdiri cinayətkarın fotorobotunun çıxarıldığını bildirib.


Bu barədə "Şərab Evi" marketinin müdiri Zahir Salamov BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, gecə saatlarında 2 nəfər naməlum şəxs Binəqədi şossesində yerləşən "Şərab Evi" marketinə gəlib.


Onlar satıcı, 1989-cu il təvəllüdlü Elçin Xasıyevdən energetik içki istəyiblər. Satıcı əyilib içkini götürmək istədikdə həmin şəxslər onun başına şüşə butulka ilə zərbələr endiriblər. E.Xasıyev özündən gedəndən sonra naməlum şəxslər mağazanın kassasından 400 manatdan artıq pulu götürərək aradan çıxıblar.

"Hazırda iş Binəqədi rayon polis İdarəsi 4-cü polis bölməsində araşdırılır. Cinayətkarın fotorobotu da çıxarılıb. İnanıram və arzu edirəm ki. tezliklə cinayətkar tapılacaq”, - deyə Zahir Salamov bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə iş başlanılıb. Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Ziya Səccad
BAKU.WS