VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Rusiyada "Qara rieltorlar” adlı cinayətkar dəstənin üzvlərinə hökm oxunub.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Vladimir vilayət məhkəməsinin qərarı ilə dəstənin lideri azərbaycanlı Azad Məmmədov və onun ortağı Cəfər Mirzəyev ömürlük azadlıqdan məhrum edilib.
 
5 ölüm hadisəsi, soyğunçuluq, dələduzluq və qəsbkarlıqda ittiham olunan dəstə üzvləri cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. İstintaqın topladığı sənədlər məhkəmə tərəfindən cinayətkar dəstənin başçısı olan 45 yaşlı A. Məmmədova hökm oxumaq üçün yetərli hesab edilib. Dəstənin digər 8 üzvü isə 4 ildən 17 ilədək azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, 2009- 2013-cü illərdə dəstə üzvləri 25 ağır cinayət hadisələri törədiblər.

BAKU.WS