SİZİN REKLAM BURADA!
055 213 76 73


Samux Rayon Polis Şöbəsinə (RPŞ) rayonun İnstitut qəsəbəsində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in yerli bürosuna verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gələrək yas mərasimini dayandırıb. Mərasimi təşkil edilən şəxslər RPŞ-yə gətirilib.

RPŞ-dən həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. Məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

BAKU.WS
QALEREYA