SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakı Şəhər Prokurorluğu vətəndaşın Polis Bölməsində ölməsi faktını araşdırıb.

Prokurorluqdan BAKU.WS-ə verilən məlumata görə, mayın 12-də saat 13 radələrində 1986-cı il təvəllüdlü Şüvəlan qəsəbə sakini Sultanov Zaur Səxavət oğlunun Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin inzibati binasının həyətyanı sahəsində oturacaqdan yıxılaraq vəfat etməsi barədə daxil olan məlumat əsasında rayon prokuroluğunda araşdırmalar aparılır.

Rayon prokurorluğunun, Polis İdarəsinin əməkdaşlarının və məhkəmə tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, polis bölməsinin inzibati binasında quraşdırılmış videokamera görüntüləri götürülüb, meyitin bədən səthində burun və dodaq nahiyyələrində olan səthi sıyrıqlardan başqa hər-hansı bir xəsarət və zorakılıq əlamətləri aşkar edilməyib, meyit daxili müayinə olunması və ölümün səbəbinin müəyyən edilməsi məqsədi ilə MTE və PA Birliyinin rayon şöbəsinə göndərilib.

İlkin araşdırmalarla müəyyən olunub ki, qeyd edilən tarixdə Şüvəlan qəsəbə sakinləri Afiyyədin Hüseynov, Elməddin Hüseynov və Əliislam Rüstəmzadənin Z.Sultanov tərəfindən bir neçə şəxslə birlikdə həmin qəsəbədə döyülmələri barədə şikayət ərizələri əsasında sonuncu polis bölməsinə dəvət olunub və bölmənin həyətyanı sahəsində gözləyən zaman saat 13:40-da oturacaqdan yıxılaraq vəfat edib.

Araşdırmalarla həmçinin, polis bölməsində Z.Sultanova qarşı heç bir fiziki zor tətbiq edilməməsi, bədən səthində aşkar olunmuş sıyrıqların isə onun yıxılma nəticəsində yaranması, qeyd edilənlərin videokameradan götürülmüş görüntüyə keçirilən baxış zamanı öz təsdiqini tapması, eləcə də meyitin müayinəsi zamanı ürək əzələlərində dəyişikliklər olması müəyyən edilib.

Araşdırmalar zamanı şahidlərin izahatları alınmış və digər zəruri hərəkətlər icra edilib.

Hazırda rayon prokurorluğunda araşdırmalar davam etdirilir.
 
BAKU.WS