Bakıda polis bölməsindəki ölüm faktı ilə bağlı RƏSMİ AÇIQLAMA
Daxili İşlər Nazirliyi Bakıda polis bölməsində baş verən ölüm hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, mayın 12-də Xəzər rayonunun Şüvəlan qəsəbə sakini Əli Rüstəmzadə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək mayın 11-də qəsəbə ərazisində Zaur adlı şəxsin bir neçə nəfərlə birgə onu, həmyerliləri Afəddin Hüseynovu və qardaşı Elməddini xuliqanlıq zəminində döyməsini bildirib. Araşdırma ilə əlaqədar 1-ci Polis Bölməsinə dəvət olunan qəsəbə sakini Zaur Sultanov Polis Bölməsinin həyətindəki oturacaqda infarktdan ölüb.
Mərhumun dayısı Əlihüseyn Zeynalov izahatında Z.Sultanovun ürək xəstəliyindən əziyyət çəkməsini bildirib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, mərhumun yaxınları polis bölməsində Zaura işgəncə verildiyini iddia edirlər.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda ana oğluna 14 yaşlı qız qaçırdı
Bakıda 14 yaşlı qız qaçırılıb. Bu barədə APA-ya Xəzər rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, Mərdəkan qəsəbə sakini Vəfa Bənnayeva polis ərizə...