Həbs edilən azərbaycanlı generalın qardaşı görün kim imiş...
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun sabiq birlik komandiri, Milli Qəhrəman Rövşən Əkbərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Silahlı Qüvvələrdə general-leytenant ali hərbi rütbəsinə kimi yüksəlmiş R.Əkbərov Azərbaycanın ən tanınmış hərbçilərindən sayılır.
BAKU.WS demokrat.az-a istinadən bildirir ki, generalın ailə üzvləri də müxtəlif vəzifələrdə təmsil olunurlar. Belə ki, Rövşən Əkbərovun kiçik qardaşı Qulam Əkbərov Azərbaycanın Avstriyadaki səfirliyində hərbi attaşenin müavini vəzifəsini daşıyır. Onun rütbəsi polkovnik-leytenantdır.
Bu cür şəxslər ATƏT yanında da səfirliyin əməkdaşı kimi akkreditədən keçir və bütün məlumatlara çıxışı olur. Adətən beynəlxalq təşkilatın bütün iclaslarının iştirakçısı kimi taleyüklü məlumatlara sahibdirlər. Həmçinin, bu təşkilatlarda təhlükəsizlik məsələləri üzrə vacib seqmentlərlə yaxından tanışlıq edirlər.
Q.Əkbərovun tutduğu vəzifədə olan kəslər diplomatik nümayəndəliyin tərkibində müəyyən ixtisaslaşmış sahə üzrə dövləti təmsil edir. Həmin sahə ilə bağlı məlumat toplayırlar. Onların bu fəaliyyəti bəzən qanuni casusluq kimi qiymətləndirilir.
Oxşar xəbərlər
Azərbaycan Ermənistanın 2 zabitini beynəlxalq axtarışa verdi
Bu gün Ermənistan yeni təxribat planları hazırlayaraq ən yüksək siyasi səviyyələrdə əsl niyyətinin münaqişənin sülh vasitəsilə həlli deyil, Azərbaycan torpaqlar...