VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

"İŞİD terror təşkilatı dünyanın düşmənidir. Təşkilatın Özbəkistan, Türkmənistan, Azərbaycan, Qırğızıstana qədər planları var".
 
BAKU.WS-in məlumatına görə, bunu Əfqanıstan prezidentinin köməkçisi Raşid Dostum deyib. Onun sözlərinə görə, terror təşkilatı Suriyada və İraqda etdiklərinin eynisini Orta Asiyada və Qafqazda da etmək istəyirlər. Dostum bildirib ki, son bir ayda Kabildə günahı olmayan yüzlərlə qadın və uşaq öldürülüb. 

"Talibanın bir hissəsi indilərdə qara bayraqdan istifadə edir. Hamısı bir qaynaqdan dəstək alır. İslamabadda xüsusilə Pakistanın kəşfiyyat təşkilatından dəstək alırlar. Əfqanıstanda yaranmış vəziyyətin əsas səbəbi Pakistandır. Əfqanıstanda gizli olaraq fəaliyyət göstərən İŞİD qüvvələri bütün dünya üçün böyük bir təhlükədir. Taliban da bizim üçün bir təhdiddir. 25 ildir bizimlə döyüşür. Usame bin Laden və digər Taliban liderləri başımıza müsibətlər açdı. Məktəbləri yandırdılar, qadınların çalışmasına, qızların oxumasına icazə vermədilər. Hətta insanları edam etdilər".
 
Əfqanıstan prezidentinin köməkçisi hesab edir ki, İŞİD Əfqanıstanda Taliban və "Əl Qaidə"dən də təhlükəlidir. onun sözlərinə görə, terror təşkilatlarını Pakistan kəşfiyyatı maliyyələşdirir. 
 
ŞAHİN Həbibov
BAKU.WS