VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (RPŞ DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-in bölgə müxbirinə məlumat verilib.

Məlumatda bildirilib ki, əvvəllər də sürücülük hüququ olmadan yol hərəkəti qaydalarını kobud surətdə pozduğu üçün inzibati qaydada həbs edilən rayon sakini Tural Hüseynovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub.

Həmin şəxs barəsində Şəmkir RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

BAKU.WS
QALEREYA