Göygöldə avtoxuliqanlıq edən şəxs saxlanılıb

Göygöldə avtoxuliqanlıq edən şəxs saxlanılıb
Hadisə 248

Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Kəlbəcər rayon sakini, 18 yaşlı Səfər Mürsəlov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq və avtoxuliqanlıq edərək etdiyi hərəkətləri video görüntüyə alıb müxtəlif sosial şəbəkələrdə yerləşdirib.

S.Mürsəlov barəsində Göygöl RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Oxşar xəbərlər

“Avtoş” “Panthera094” və dostları bu görüntülərə görə tutuldu - VİDEO

“Avtoş” “Panthera094” və dostları bu görüntülərə görə tutuldu - VİDEO

Xızı rayonunda avtoxuliqanlıq edən gənclər saxlanılıb. BAKU.WS xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonundakı regio...

3118 Hadisə 12:30 11 fevral 2020

Son xəbərlər