SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakının Nizami rayonunda 14 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edilib. 
 
BAKU.WS teleqraf.com-a istinadən bildirir ki, hadisə rayonun Keşlə qəsəbəsində qeydə alınıb. 
 
Məlumata görə, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Səidə Məmmədova (ad və soyad şərti verilib) təcavüzə məruz qalıb. Naməlum şəxs 14 yaşlı qızla qeyri-təbii yolla cinsi əlaqədə olub. 
 
Səidə Məmmədova təcavüzə məruz qalması ilə bağlı Nizami Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib. O, bildirib ki, mayın 2-də, günorta saat 13 radələrində özünü Məmməd kimi təqdim edən kişi hədə-qorxu gəlib və onunla cinsi əlaqədə olub. 
 
Polisin keçirdiyi əməliyyat nəticəsində cinayətin Zaqatala rayon sakini, 1963-cü il təvəllüdlü Qurban Məhəmməd oğlu Əliyev tərəfindən törədilməsi müəyyən edilib. O, polis əməkdaşları tərəfindən həbs edilib. 
 
Faktla bağlı təhqiqat aparılır. 
 
BAKU.WS