11 gündür itkin düşən tələbə tapıldı

11 gündür itkin düşən tələbə tapıldı
Hadisə 1250
11 gündür itkin düşən Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi Əsədulla Cəfərov tapılıb.BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə tələbənin atası Əfqan Cəfərov məlumat verib.Onun sözlərinə polislər oğlunun yerini müəyyənləşdirib:“Hər şey yaxşıdır. Oğlum sağ-salamatdır. Polislər artıq yerini müəyyənləşdirib. Sabah polislər həmin yerə gedib oğlumu götürəcək”.Qeyd edək ki, Əsədulla Cəfərovun evi tərk etməsinə bu il təhsil haqqını ödəyə bilməməsi və kəsirinin olması səbəb olub.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər