Valideynləri tələbə oğlanı axtarırlar - FOTO
01
okt
2019
19:26
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi Əsədulla Cəfərov 11 gün əvvəl itkin düşüb. Bu barədə Qafqazinfo-ya tələbənin atası Əfqan Cəfərov məlumat verib. Atanın sözlərinə görə, oğlu ilə sonuncu dəfə sentyabrın 18-də danışıb.“Əsədulla Azərbaycan Dillər Universitetində təhsil alır. O, çox tərbiyəli oğlandır.Bu il onun təhsil haqqını ödəyə bilməmişik. Buna görə çox narahat olduğu üçün evdən gedib. O vaxtdan oğlumdan xəbər yoxdur.Biz “Qara Qarayev” metrosunun yaxınlığında yaşayırıq. Oğlumun itkin düşməsi ilə bağlı 25 saylı Polis Bölməsinə məlumat vermişəm”.Qeyd edək ki, Əsədulla Cəfərovla bağlı hər hansı məlumatı olan şəxslər onun atası ilə əlaqə saxlaya bilərlər.Əlaqə nömrəsi: (050) 461-53-17
Qalereya
Oxşar xəbərlər
Naməlum maşına minərək yoxa çıxan 15 yaşlı qızdan YENİ XƏBƏR
İki gün əvvəl Bakının Sabunçu rayonunda itkin düşən qız tapılıb.BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə itkin düşən 2004-cü il təvəllüdlü Elnarə Əliyevanın at...