SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiya Federasiyası Daxili İşlər Nazirliyi polis Andrey Qoştanın amansız qətlində şübhəli bilinən şəxslərin tutulmasının videosunu yayımlayıb.
 
BAKU.WS-in məlumatına görə, kadrlardan göründüyü kimi iki nəfər mənzillərdə, üçüncü şəxs isə dayanacaqda saxlanılıb.

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat keçirib. Bu əməliyyatlar 30 aprel və 1 may tarixində həyata keçirilib. 

Cinayətə şübhəli bilinən şəxslərin günahlarını boynuna aldıqları və təqsirlərini etiraf etdikləri məlum olub. Saxlanılan şəxslərin Azərbaycan vətəndaşları olduğu deyilir. 

Xatırladaq ki, Andrey Qoşta və onun yaxınları Samaranın İvaşevka kəndində aprelin 23-dən 24-ə keçən gecə xüsusi qəddarlıqla öldürülüb. Onları armaturla döyüb öldürüblər. Bu vəhşi hücum zamanı yalnız balaca qızcığaz - 7 yaşlı Sofiya sağ qalıb. Həmin balaca ağır kəllə-beyin travması alıb.
 
BAKU.WS