SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakının Xətai rayonunda yerləşən tanınmış şirkətlərdən birinin filialından oğurluq olub.

 

 

Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsindən BAKU.WS-ə verilən məlumata görə, "Qaraçay Holdinq”in Xətai rayonunda yerləşən ofisindən seyf yoxa çıxıb.

 


Məlumat daxil olan kimi bölmə əməkdaşları hadisə yerinə cəlb olunublar. Araşdırmalar zamanı məlum olub ki, seyfin içərisində 70 min ABŞ dollarına qədər pul olub.


Hazırda hadisənin hansı şəxs, yaxud şəxslər tərəfindən törədilməsi araşdırılır. Hadisəni araşdırmaq üçün xüsusi əməliyyat qurupu yaradılıb.


Ziya Səccad
BAKU.WS