SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Ağcabədi rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Şahsevən kənd sakini 1999-cu il təvəllüdlü Ülkər Ələmdar qızı Quliyeva özünü yaşadığı evin həyətyanı sahəsində ağacdan asaraq intihar edib. Onu asılmış vəziyyətdə ailə üzvləri aşkar ediblər. 

Mərhumun hansı səbəbdən canına qəsd etdiyi hələlik məlum deyil. Kənd məktəbinin 11-ci sinif şagirdi olan Ülkər ali məktəbə hazırlaşırmış.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.

İki həftə əvvəl də Sabirabad rayonunda 11-ci sinif şagirdi intihar edib.Rayonun Qalağayın kənd sakini, 1999-cu il təvəllüdlü Hacıxanım Mustafa qızı Mehdizadə özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asıb. 17 yaşlı qızın valideynləri hüquq-mühafizə orqanlarına hadisəyə səbəb kimi Hacıxanımın sınaq imtahanında istədiyi balı toplamadığını, buna görə intihar etdiyini bildiriblər.

Mərhumun əlaqə saxladığımız qohumları da bildirdilər ki, H. Mehdizadə kənd məktəbinin 11-ci sinif şagirdi idi və universitetə hazırlaşırdı: "Bir neçə gün əvvəl ilk sınaq imtahanına girdi və cavablar məlum olarkən aşağı bal yığdığını öyrəndi. Buna görə çox məyus oldu. Düşünürük ki, intiharının səbəbi də məhz budur. Çünki onun başqa problemi yox idi", - deyə qohumları bildirmişdilər.
 
BAKU.WS