VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Hazırda Zığ qəsəbəsi, Hövsan yolunun üstündə ayı peyda olub.
 
ANS PRESS-ə daxil olan məlumata görə, ayının həmin ərazidə peyda olması oradan keçən vətəndaşların təəccüb və təşvişinə səbəb olub. 

Ayının haradan gəlməsi məlum deyil. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Şahidlərdən birinin sözlərinə görə, ayıya yaxın durmaq olmur.

"Hamımız gözləyirik ki, Fövqəladə hallar Nazirliyinin əməkdaşları gəlsin, ayıya iynə vursunlar və ya başqa hansısa yolla onu ərazidən uzaqlaşdırsınlar. Nə piyadalar, nə də maşınlar həmin istiqamətdə hərəkət edə bilmirlər. Ayının birdən peyda olması, hamını qorxudub", - deyə hazırda hadisə yerində olanlardan biri bildirdi.
 
BAKU.WS