VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

  

Cənubi Afrika ölkəsi olan Svazilandda dəhşətli qəza baş verib.
 
BAKU.WS-in məlumatına görə, paytaxtı Mbabane yaxınlığında baş verən qəzada 38 qadın ölüb, 20-si isə yaralanıb. Svazi kralının təşkil etdiyi ənənəvi festivala getmək üçün yola çıxan və təxminən 50 qadını daşıyan yük maşını əks istiqamətdən gələn bir yük maşını ilə toqquşub. Daha sonra isə qadınların olduğu yük maşınına arxadan gələn başqa bir yük maşını da dəyib. 

Qəzadan sağ xilas olan 18 yaşlı Siphelele Siqudla adlı qız başına gələnləri danışıb. O bildirib ki, qəzaya səbəb qarşıdan gələn yük maşını olub. 
 
Qeyd edək ki, Kral III Msvati ənənəvi olaraq təşkil edilən bu rəqs festivalının ertəsi günü iştirakçıların arasından özünə yeni bir həyat yoldaşı seçir. Kralın hazırda 15 arvadı var. Bu hadisədən sonra kral ailəsinin təşkil etdiyi rəqs festivalı ləğv edilib.
 
ŞAHİN Həbibov
BAKU.WS