Bakıda daha bir nəfər özünü yandırmaq istəyib. 

 

BAKU.WS-in məlumatına görə, hadisə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində baş verib. Həmin küçədə Zivər İsmayılova adlı qadın üstünə benzin tökərək özünə od vurmaq istəyib. Ancaq ətrafda olan insanlar qadına mane ola biliblər. 


Hadisə ilə bağlı polisə məlumat verilib. Nəsimi rayon polis idarəsinin əməkdaşları qadını bölməyə aparıblar. Onun izahatı alınıb. Hələlik qadının intihara cəhd səbəbi bilinmir. 

 

BAKU.WS