SİZİN REKLAM BURADA!
055 213 76 73



Neftçalada avtomobil su kanalına düşüb.

BAKU.WS
-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin "112” qaynar telefon xəttinə Neftçala rayonunda su kanalına içərisində bir nəfər olan "VAZ” markalı minik avtomobilinin düşməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və su kanalına düşüb. Xilasedicilər sürücünün meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil verilməsini təmin ediblər.

Ziya Səccad
BAKU.WS