SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda güllələnmə hadisəsi baş verib. 

Musavat.com-un məlumatına görə, hadisə Badamdar qəsəbəsində, "Bulaq" kafesində qeydə alınıb. 

İlkin məlumata görə, kafenin müştəriləri arasında dava düşüb. Dava zamanı odlu silahdan atəş açılıb, bir nəfər yaralanıb.

Hazırda hadisə yerində polis əməkdaşları araşdırma aparırlar.

Hadisə nəticəsində yaralanan şəxs naməlum istiqamətdə aparılıb. O, heç bir xəstəxanaya yerləşdirilməyib. Hazırda polis əməkdaşları da yaralını axtarır.
 
BAKU.WS