SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda döyüş sursatı tapılıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məölumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda döyüş sursatının aşkar olunması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb olunub, baxış zamanı sursatların müxtəlif növ çaplı top mərmiləri olduğu müəyyən edilib.

Aşkar edilmiş mərmilər xüsusi ayrılmış əraziyə aparılaraq zərərsizləşdirilib.
 
BAKU.WS