Rusiyanın raket qoşunlarının Həştərxan vilayətindəki Kapustin-Yar poliqonunda "İsgəndər-M” operativ-taktiki raketinin döyüş sınağı keçirilib.
BAKU.WS xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi raketlə şərti düşmənin komanda-qərargah məntəqəsinə endirilən zərbənin videogörüntülərini yayıb.
Qeyd edək ki, "İsgəndər-M” radarlarda görünmür və düşmən ərazilərində yerləşən müxtəlif hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub. Raket taktiki nüvə başlığı da daşıya bilir. Rusiyanın 6 raket briqadasının silahlanmasında bu raketlərdən var.