Xaçmaz və Quba sakinlərində külli miqdarda narkotik aşkar edilib.
BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əməliyyat Xaçmaz rayon polis şöbəsi və Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ramin Məhəmmədova məxsus həyətyanı sahədən çəkisi 8 kiloqram 640 qram, Fərhad Məmmədova məxsus sahədən çəkisi 3 kiloqram 825 qram olan kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Ziya Səccad
BAKU.WS