VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Gəncədə qətl törədilib.
 
Şəhər Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə Dəmiryol Vağzalının yaxınlığında- marketin qarşısında qeydə alınıb. Şəhər sakini, 1991-ci il təvəllüdlü Tural Mustafa oğlu Kərimov bıçaq xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Həkim müayinəsi zamanı 25 yaşlı gəncin dünyasını dəyişdiyi məlum olub.

Hələlik hadisəylə bağlı saxlanan yoxdur.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, qətli törədən şəxs və ya şəxslərin tutulması istiqamətində işlər aparılır.
 
BAKU.WS