İş tapmayan model özünü yandıraraq intihar etdi (FOTO)
Qazaxıstanda 31 yaşlı model İrina Livşun özünü yandıraraq dünyasını dəyişib.
BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, qazax polisi gənc qadının meyitini Almatı şəhərindəki evində tapıb. Polis qadının evindən benzin bakı da tapıb. Dostları keçmişdə məşhur olan Livşunun son zamanlar iş tapmaqda çətinlik çəkdiyini deyiblər.
Polisin dediyinə görə, İrinanın qohumları da aylardır işsiz olan gənc qadının depressiyaya düşdüyünü təsdiqləyib. O, ətrafındakı insanlara intihar edəcəyi barədə dəfələrlə deyib. Livşunun artıq yaşlı olduğundan iş tapa bilmədiyini düşündüyü üçün intihar etdiyi deyilir.
BAKU.WS
Oxşar xəbərlər
Bulvarda bir nəfər özünü dənizə atdı: cibindən məktub çıxdı
Dənizkənarı Milli Parkda bir nəfər intihara cəhd edib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Dənizkəna...