II kurs tələbəsi qəzada öldü - FOTO

II kurs tələbəsi qəzada öldü - FOTO
Hadisə 552

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi yol qəzasında vəfat edib.

BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə noyabrın 24-də saat 23 radələrində Səbail rayonu ərazisində baş verib.

Bakı şəhər sakini Anar Musayev idarə etdiyi “Mercedes” markalı avtomobili elektrik dirəyinə vurub. O, idarəetməni itirdiyindən nəqliyyat vasitəsi qarşıdan gələn A.Şirəliyevin idarə etdiyi “VAZ-2109” markalı avtomobilə dəyib.

Nəticədə A.Musayev hadisə yerində ölüb.

Mərhum Anar Musayev sözügedən universitetin İnşaat fakültəsinin II kurs tələbəsi olub.

Səbail RPİ tərəfindən araşdırma aparılır.

Vəfat edən tələbənin fotosunu Azərbaycan Universitetləri səhifəsi paylaşıb:

Oxşar xəbərlər

Yolu keçən piyadanı avtomobil vurub öldürdü

Yolu keçən piyadanı avtomobil vurub öldürdü

Saatlı şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, noyabrın 18-də saat 23 radələrində Saa...

755 Hadisə 19:58 19 noyabr 2019

Son xəbərlər