VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənilər tərəfindən vurulan əsgərimiz helikopterlə Bakıya gətirilib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, ötən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində vurulan Ceyhun Bayramov helikopterlə Bakıya gətirilib.

DSX-nın əsgəri helikopterlə xəstəxanaya çatdırılıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur.

***11:48

Bu gecə saat 00:20 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs pozulub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silah­lardan atəş açılmaqla atəş­kəs rejimi pozulub.

Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulmuşdur. Cavab atəşi ilə düşmən susdurul­muşdur.

Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­la­rının “Qa­zax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində dö­yüş növbəsində xidmət aparan əsgər Ceyhun Bay­ra­mov yara­lanıb.

Sər­hədçi əsgərə dərhal təxi­rə­sa­lın­maz tibbi yardım göstərilmişdir və hazırda həyatı üçün təh­lükə yoxdur.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Qu­li­yev hadisə yerində olmuş, sərhəd döyüş məntəqəsinin şəxsi he­yəti ilə görüşmüş, xidməti-döyüş fəaliyyətinin daha da güclən­diril­məsi istiqamətində müvafiq tapşırıqlar vermişdir.
BAKU.WS
QALEREYA