Dövlət bu şəxslərə 11 min AZN pul verəcək

03
may
2019
11:08
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.Bu barədə BAKU.WS-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirlikdə fəaliyyət göstərən Komissiyanın növbəti iclasında daha 2350 şəhid üzrə 3413 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib.Onların siyahısı birdəfəlik ödənişin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib və birdəfəlik ödəmələrin 7 iş günüərzində həmin vərəsələrin bank hesablarına köçürülməsi nəzərdə tutulur.Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Onlardan artıq 70 faizdən çox hissəsinin, yəni 8688 şəhidin 12685 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.
Oxşar xəbərlər
1200 şəhidin vərəsələrinin hər birinə 11 min manat verilib
Beləliklə, indiyədək artıq 5491 şəhid üzrə 7894 vərəsə birdəfəlik ödəmə ilə təmin olunubAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müvafiq Fərmanı...