SİZİN REKLAM BURADA!
055 213 76 73



Twitter-də ABŞ, Böyük Britaniya və Fransanın Suriyanın paytaxtı Dəməşqə endirdiyi zərbələrin videogörüntüsü yayılıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, videoda güclü səslə müşayiət olunan partlayışlar görünür.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Dumada kimyəvi silah hücumuna cavab olaraq, Suriya ərazisinə raket zərbələri endirmək barədə əmr verib. Hücuma Böyük Britaniya və Fransa da qoşulub.

ABŞ zərbələri “Tomaqavk” adlı raketlərlə edib.

Nihat HÜSEYNZADƏ
BAKU.WS