VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

"28 Mall” alış-veriş mərkəzində yerləşən geyim mağazalarından birində oğurluq hadisəsinin olması haqqında məlumat vermişdik.


BAKU.WS xatırladır ki, "Facebook”da istifadəçi öz profilində satıcısı olduğu uşaq geyimləri mağazasında baş verən oğurluq hadisəsindən yazmışdı.
 
 
"İki cavan qadın yanlarında uşaq bizim mağazaya girdilər ki, övladlar üçün geyimləri oğurlasınlar. Onlarda xüsusi cihaz vardı, hansı ki, geyimlərin üzərində olan siqnalizasiyanı çıxarsın. Onlar oğurluğu olduqca "səliqəli” və "təmiz” həyata keçiriblər. Hətta paltarların asılqanlarını da oğurlayıblar... Onlar oğurladıqları paltarların siqnalizasiyalarını başqa kurtkaların cibinə qoyub qaçıblar. Həmin oğru qadına müraciət edirəm: sənin uşağının məktəb geyimlərini biz öz cibimizdən ödəməli olduq, Üç geyimə 355 manat!”
 
İstifadəçi oğurluqla bağlı video da paylaşmışdı.
 
BAKU.WS hadisəni ictimailəşdirdikdən sonra məsələ həlli yolunu tapıb.

Belə ki, mağazanın satıcısı olan həmin xanım redaksiyamıza zəng edərək, qadınların mağazaya yaxınlaşaraq, oğurladıqları malları geri qaytarmaqla yanaşı, həmçinin 355 manatı da ödədiklərini bildirib:

"Həmin xanım ailəsinin təkid və təziqindən sonra mağazamıza yaxınlaşaraq, oğurladığı 355 manatı ödədi. Həmçinin oğurladığı malları da geri qayradı. Məsələ ilə bağlı müvafiq orqanlara müraciət olunub. Onunla bağlı ölçü götürüləcək”.
 
Oxucularımıza təkrar olaraq oğurluq hadisəsinin videosunu təqdim edirik:
 
Aysel.Ş
BAKU.WS