Ötәn hәftә dünya masonları Bakıya toplaşıblar. Rusiya mason lojasının rәhbәri Andrey Boqdanov vesti.az­-a açıqlamasında paytaxtımızda olduğunu tәsdiqlәyәrәk, burada bir sıra görüşlәr keçirdiyini, danışıqlar apardığını bildirib. Rusiya mason lojasının rәhbәri bildirib ki, danışıqların mahiyyәti Azәrbaycanla bağlı olmayıb. "Çoxlu xarici qonaqlar oldu. Fürsәtdәn istifadә edәrәk Avropa vә Amerika lojalarının nümayәndәlәri ilә danışıqlar apardım”, -­ deyә o bildirib.
 
Qeyd edәk ki, Boqdanov ötәn il Dağlıq Qarabağa sәfәr edib vә bu üzdәn Azәrbaycan XİN-­in qara siyahısına düşüb. Lakin Azәrbaycandan üzr istәdiyi üçün adı siyahıdan çıxarılıb. O, 2007­ci ildәn Rusiya mason lojasının rәhbәridir, dünyanın bu mifik vә gizli tәşkilatına mәnsubluğunu gizlәtmir. Tәşkilatın prinsiplәrinin әksinә, tez-­tez KİV­lәrә müsahibәlәr verir.

Masonların Bakı toplantısı Azәrbaycanda ciddi müzakirәlәrә sәbәb olub. Toplantı üçün Bakının seçilmәsi vә nәlәrin müzakirә edildiyi suallar yaradır. Bundan әlavә, bu tipli toplantılarının tәşkil olunduğu ölkәlәrin hüquq­mühafizә orqanlarının xәbәrdar edilib­edilmәmәsi, elәcә dә onların mühafizәsinin necә tәşkil olunduğu suallar doğuran mәsәlәlәrdәndir.

MTN­-in (indiki DTX) sabiq birinci müavini, Azad Demokratlar Partiyasının sәdri Sülhәddin Әkbәr masonların Bakıya toplanmalarının sәbәbsiz olmadığı qәnaәtindәdir: "Görünür, Bakıda onlara dәstәk verәnlәr var, yaxud yeni üzvlәr qәbul olunub. Bu tәşkilatın toplantıları üçün yerlәr tәsadüfәn seçilmir. Burada әn çox tәhlükәsizlik mәsәlәlәri nәzәrә alınır. Toplantı tәşkil olunarkәn iclasın tәşkil olunduğu ölkә tәhlükәsizlik baxımından tәminat vermәlidir. Bunu da ya o tәşkilatın üzvlәri, ya da dәstәkçilәri verә bilәrlәr. Görünür, Azәrbaycanda da hәmin mason lojasının strukturu var. Bu olmasa da, dәstәkçilәr mümkündür. Bu cür toplantılar üçün elә yerlәr seçilir ki, oranın tәhlükәsizliyini tәmin etmәk mümkün olsun. Әgәr hoteldә keçirilirsә, hotellәrin tәhlükәsizliyi qorunur. Zәrurәt olarsa, tәhlükәsizlik üçün yardım istәnilir. Burada tәkcә hüquq­mühafizә orqanları dedikdә bir sahә nәzәrdә tutulmur, polislәr dә prosesdә iştirak edә bilәrlәr. Belә toplantılar tәhlükәsizlik yüksәk
sәviyyәdә olan yerlәrdә keçirilir. Bakıda da beşulduzlu hotellәr kifayәt qәdәrdir. Bu hotellәrin tәhlükәsizlik xidmәti polis idarәlәri vә xüsusi tәhlükәsizlik orqanları ilә әlaqәli şәkildә çalışırlar. Belә tәdbirlәrdә hansı mәsәlәlәrin müzakirә olunduğunu demәk çәtindir. Çünki iclaslarda kәnar şәxslәr iştirak etmirlәr”.

Keçmiş MTN polkovniki İlham İsmayıl hesab edir ki, masonların Bakını toplantı üçün seçmәlәrinә şәhәrin maraqlı gәlmәsi dә sәbәb ola bilәr: "Mason deyilәn mәsәlә, açığı, mәnim üçün az inandırıcıdır. Masonlar agentlik edirlәr, informasiya verir, xüsusi xidmәt orqanlarının әllәrindә vasitә olurlar. Mason dünyanı idarә etmir. Bu tәşkilatı lap mәrkәzlәşdirsinlәr, Bakıda toplantı keçirsinlәr, nә mәnası var? Bakıda masonun olduğunu dәqiq bilәn varmı? Bu sualları aydınlaşdırmaq lazımdır. Mәsәlәlәr qeyri­müәyyәndir. Ona görә dәqiq fikir bildirmәk çәtindir. Onların adı masondursa, adәtәn informasiya vermirlәr. İstәyirlәr ki, onlar barәsindә dramatik tәsәvvürlәr olsun. Ona görә mәxfiliyә önәm verirlәr. Bu baxımdan, iclas keçirәrkәn tәhlükәsizlik orqanlarını xәbәrdar etmәlәri inandırıcı deyil. Bu tipli şәxslәrin mühafizәçilәri ola bilәr ­ görüntü yaratmaq üçün. Yoxsa dövlәt adamları deyillәr ki, mühafizәlәri tәşkil edilsin. Mason mәsәlәsinә az inandığım üçün hansı mәsәlәlәri iclaslarında müzakirә etdiklәri barәdә falçılıq edә bilmәrәm. Onlar elә tәsәvvür yaradırlar ki, guya yeraltı dünyanın insanlarıdırlar”.
 
musavat.com
BAKU.WS