"OPEC+"a daxil səkkiz ölkə hasilatı artıracaq
Yeniliklərdən dərhal xəbərdar olun
"OPEC+" razılaşmasına daxil olan və neft hasilatını könüllü şəkildə azaldan səkkiz ölkə iyulun 5-də keçirilən iclasda avqustda gündəlik neft hasilatını sutkada 548 min barel artırmağa razılaşıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə OPEC-dən məlumat verilib.
Qeyd olunur ki, Rusiya avqustda neft hasilatını kompensasiya planını nəzərə almadan sutkada 9.344 milyon barelə, Səudiyyə Ərəbistanı isə 9.756 milyon barelə çatdıra biləcək.
Məlumata görə, sentyabr ayı hasilat planının müzakirə olunacağı "OPEC+" səkkizliyinin növbəti iclası avqustun 3-də baş tutacaq.
Oxşar xəbərlər
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a Milli Məclisin Əmək və sosial siyasət...