Azərbaycanda daha 6 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Azərbaycanda daha 6 nəqliyyat vasitəsi hərraca çıxarılacaq
İqtisadiyyat 44

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) avqustun 26-da növbəti dəfə avtomobil hərracı keçirəcək.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 6 nəqliyyat vasitəsi çıxarılacaq. Bunlar, Diasporla İş üzrə Dövlət Komitəsinə məxsus 1 ədəd "Khazar", Hesablama Palatasına məxsus 2 ədəd "Toyota Camry" və Nazirlər Kabinetinin İşlər idarəsinə məxsus 1 ədəd BMW 730LI, 1 ədəd BMW 760LI və 1 ədəd "Volswagen Passat" markalı minik avtomobilləridir.

Avtomobillərin buraxılış illəri 2006-2018-ci illər, start qiyməti 5 200 - 21 500 manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir.

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı auksion.gov.az saytından almaq olar. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.

Son xəbərlər