SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gecə Bakının Badamdar qəsəbəsində yerləşən "Bulaq” restoranında baş vermiş silahlı atışma zamanı ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqanın "Chevrolet” markalı avtomobilinə də güllə dəyib. 

BAKU.WS xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən Publika.az-a məlumat verilib. Məlumata görə, hadisə baş verən zaman ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqanın avtomobili park edilmiş vəziyyətdə olub: "Hadisə zamanı cənab Derek Hoqanın avtomobilinə də güllə dəyib. Ancaq Hoqan avtomobilində olmayıb. Ümumiyyətlə avtomobildə heç kəs olmadığından səfirlik əməkdaşlarından xəsarət alan yoxdur”. 

Xatırladaq ki, bu gecə Bakının Badamdar qəsəbəsində yerləşən "Bulaq” restoranında silahlı insident olub. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, atışma zamanı iki nəfər – Fuad və Süleyman adlı şəxslər güllə yarası alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə iştirakçılarından biri artıq saxlanılıb. Hazırda hadisənin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Bakı şəhər Prokurorluğundan cinayət işi başlanıb, istintaq aparılır.

BAKU.WS