SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Çexiyanın Azərbaycandakı səfirinin həyat yoldaşı Bakının Nərimanov rayonu ərazisində yol qəzasına düşüb.

BAKU.WS
-in məlumatına görə, bu barədə Nərimanov rayon Polis İdarəsindən report.az-a məlumat verilib. Hadisə Təbriz küçəsində baş verib.

Belə ki, səfirin həyat yoldaşı 39 yaşlı Monika Pivonkanın olduğu "Mercedes” markalı avtomobil "Nissan” markalı maşınla toqquşub. 
M.Pivankonun olduğu avtomobil səfirliyə məxsusdur.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobil əzilib. Faktla bağlı araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS