Sabahla bağlı XƏBƏRDARLIQ - Orta risk gözlənilir…
İyunun 8-də ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şərur, Şahbuz, Culfa, Ordubad, Cəlilabad, Salyan, Mingəçevir, Neftçala, Biləsuvar, Hacıqabul, Goranboyda sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir 13.9-20.7 m/san təşkil edəcək.
Sarı xəbərdarlığa uyğun olaraq ictimai təhlükəsizlik, yaşayış sahələri və əmlak üçün orta risk gözlənilir.
Küıəkli hava şəraiti Bakıda və Abşeron yarımadasında iyunun 8-i günün birinci yarısında, bölgələrdə isə gün ərzində fasilələrlə davam edəcək.
Oxşar xəbərlər
Bakıda və bəzi rayonlarda külək güclənib, leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB 4
Milli Hidrometeorologiya Xidmətinin iyunun 1-i saat 22:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunu...