SİZİN REKLAM BURADA!
055 213 76 73


Saat 13:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında yağış sulu qara keçib, rayonlara qar və yağış yağıb.

BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Şahbuz, Daşkəsən, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabranda qar, Naxçıvan, Culfa, Ordubad, Gəncə, Şəmkir, Şamaxı, Zərdab, Salyan, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Kürdəmir, Hacıqabul, Neftçala, Biləsuvarda yağış yağıb.

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 32 m/s-dək, Naftalanda 26 m/s, Goranboyda 23 m/s, Mingəçevirdə 21 m/s, Ağdamda 18 m/s, Bərdə, Tərtərdə 16 m/s Şəkidə 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrdir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da 4 dərəcəyədək isti, Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta olub.

***09:10

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 13-ü saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, yanvarın 12-si axşam qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, Bakıda və Abşeron yarımadasında səhər saatlarından yağış yağır, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Xidmətdən BAKU.WS-ə bildirilib ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25-28 m/s-dək, Mingəçevirdə 25 m/s, Naftalanda 22 m/s, Goranboyda 19 m/s, Lerik, Tərtərdə 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,5 metrə çatıb.

Qar örtüyünün hündürlüyü: Qaxda (Sarıbaş) 12 sm, Qrızda 10 sm, Göygöl, Şəkidə (Kişçay) 7 sm, Gədəbəydə 6 sm, Altıağacda 3 sm, Qubada 2 sm, Xaltan, Qusarda 1 sm olub.

Şahbuz, Balakən, Daşkəsən, Qəbələ, Göygöl, Şamaxı, Göyçay, Qrızda isə duman müşahidə olunub.

Ölkə ərazisində küləkli hava şəraiti yanvarın 14-dək, yağıntılı hava şəraiti isə 15-dək davam edəcək.

BAKU.WS