Yağış, duman, QAR… - Sabahın hava proqnozu

Yağış, duman, QAR… - Sabahın hava proqnozu
Sosial 3

Bakıda və Abşeron yarımadasında dekabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, gecə və axşam bəzi yerlərdə az yağıntı olacağı ehtimalı var.

Gündüz arabir güclənən cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər bəzi rayonlarda yağıntıda fasilə olacaq. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Həftəsonu Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti

Həftəsonu Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti

28-30 apreldə Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. BAKU.WS həftə sonunun hava proqnozunu təqdim edir: Aprelin 28-də Saat 15:00-18:...

135 Sosial 16:35 28 aprel 2023

Son xəbərlər