Lənkəran-Astara zonasında intensiv yağış yağıb - FAKTİKİ HAVA

Dekabrın 6-sı saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi gecə saatlarından 8-13 m/s-dək zəifləyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, dekabrın 5-də günün ikinci yarısından bəzi yerlərdə arabir yağış yağıb, Lənkəran-Astara zonasında intensiv olub.
Düşən yağıntının miqdarı Lənkəranda 20 mm, Astarada 10 mm, Quba, Biləsuvar, Zaqatala, Balakən, Göygöl, Cəfərxan, Beyləqan, Şabran, Qobustan, Xaltan, Qusar, Tərtər, Neftçala, Sabirabad, İmişli, Xaçmaz, Yardımlı, Göytəpə, Ağdam, Naftalanda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Oxşar xəbərlər
Azərbaycanda leysan olub, qar yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA - YENİLƏNİB
Sentyabrın 13-ü saat 15:00-a olan məlumatına əsasən Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Ağdam, Oğuz, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Q...
