SİZİN REKLAM BURADA!
055 213 76 73


Günəşin səthində ləkələrin sayı azalıb və hazırda 2 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 52-dir.

Bu barədə BAKU.WS-ə Nəsrəddin Tusi adın Şamaxı Astrofizika Rəsədxanasının mətbuat xidmətindən məlumat verilib.

Aprelin 9-da baş vermiş CME-lərin (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) Yerə istiqamətlənməsi təhlil olunur. Həftə ərzində orta ölçülü tac dəliyi qeyd olunsa da, hal-hazırda Günəşin səthində tac dəliyi müşahidə olunmur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli pik səviyyədə (max: 4252 pfu) olmuşdur, 10 MeV-dən çox enerjili proton seli isə həftə ərzində fon səviyyəsinə yaxın olub.

Hesabat dövründə Günəş küləyinin sürəti 436-534 km/s aralığında dəyişib. Hal-hazırda Günəş küləyi sürətinin parametrləri normaldır (328km/s), planetlərarası maqnit sahəsinin qiyməti isə artaraq Yer orbitində 10.47 nT, radial istiqamətdə isə - 7.58 nT-yə çatıb.

Geomaqnit sahəsi sakit-aktiv fazalarda olmuşdur və hal-hazırda isə qeyri-sabitdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (10-16 aprel) C sinif alışmanın baş vermə ehtimalı 95%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 25%, X (R3) sinif isə 1% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin 10-11 aprel tarixlərində yüksək səviyyələrə çatacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə proqnoz dövründə fon səviyyəsində qalacağı ehtimal olunur. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı 1% təşkil edir.

Günəş küləyi sürətinin müsbət qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) və 7 apreldə baş vermiş CME-nin təsiri ilə artacağı gözlənilir.

Geomaqnit sahəsinin də müsbət qütblü CH HSS və CME-nin təsiri nəticəsində 10-12 aprel tarixlərində aktivləşəcəyi, həmçinin 16-18 apreldə də geomaqnit sahəsinin aktivliyinin 4 Kp-yə kimi yüksələcəyi proqnozlaşdırılır.

BAKU.WS
QALEREYA