SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuzda 70-dən çox şagird bilik günündə məktəbə gedə bilməyib. Səbəb təhsil ocağına gedən yolun bağlanmasıdır. Əvvəllər məktəbə getmək üçün 3 km yol qət etməli olan şagirdlərin yolu iki dəfəyədək artıb. Mövcud vəziyyət şagird və valideynləri narahat edir.

Sakinlərin bu ərazidə tikiləcək 4 zolaqlı yüksək sürətli avtomobil yolu ilə bağlı da narahatlıqları var. Onların sözlərinə görə, burada yolu təhlükəsiz şəkildə keçmək üçün piyada keçidi nəzərdə tutulmayıb..

Yeni yaşayış massivində 70 ev var və burada 500 nəfərdən çox sakin yaşayır. Tovuz rayonunun baş memarı vəzifəsini icra edən Mübariz Məmmədov "Xəzər Xəbər"ə bildirdi ki, ərazidə keçidin tikilməsi üçün Dövlət Avtomobil Yolları Agentliyinə müraciət edilib.
BAKU.WS
VİDEO