Bakıda “Son zəng” - FOTO

14
iyn
2019
13:19
Bu gün Azərbaycanın ümumtəhsil müəssisələrində "Son zəng" çalınıb.BAKU.WS əməkdaşları bu ilki son zəng tədbirini izləmək üçün Bakı Atatürk Liseyində olublar. Burada son zəng tədbiri digər məktəblərdən fərqli keçirilib.Fərqlilik isə tədbirin hazırlanmasında liseyin şagirdlərinin iştirakıdır.Liseyin direktoru Eylem Gültəkin BAKU.WS-ə açıqlamasında bildirdi ki, hazırda liseydə 620 şagird təhsil alır.“Burada həm türk, həm də Azərbaycan dillərində təhsil verilir. Burada təhsil alan şagirdlərin əksəriyyəti sonrakı ali təhsillərini Türkiyədə davam etdirirlər.Bu ilə liseyi 34 şagird məzun olur. Bunlardan 12-si Türkiyədə təhsillərini davam etdirəcək.Birinci sinifə isə 100 şagird qəbul edilib”, - deyə direktor bildirib.Liseydə təşkil edilən son zəng tədbirindən görüntüləri təqdim edirik:Ziya SƏCCAD
Qalereya
Oxşar xəbərlər
Bu gün məktəblərdə "Son zəng" çalınır
Bu gün Azərbaycanın ümumtəhsil müəssisələrində "Son zəng" çalınacaq.BAKU.WS-in məlumatına görə, "Son zəng" 2016-cı ildən tədris ilinin müddətinin iyunun 14-dək...
