VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycanın ümumtəhsil müəssisələrində "Son zəng" çalınıb.

BAKU.WS əməkdaşları bu ilki son zəng tədbirini izləmək üçün Bakı Atatürk Liseyində olublar. Burada son zəng tədbiri digər məktəblərdən fərqli keçirilib.

Fərqlilik isə tədbirin hazırlanmasında liseyin şagirdlərinin iştirakıdır.

Liseyin direktoru Eylem Gültəkin BAKU.WS-ə açıqlamasında bildirdi ki, hazırda liseydə 620 şagird təhsil alır.

“Burada həm türk, həm də Azərbaycan dillərində təhsil verilir. Burada təhsil alan şagirdlərin əksəriyyəti sonrakı ali təhsillərini Türkiyədə davam etdirirlər.

Bu ilə liseyi 34 şagird məzun olur. Bunlardan 12-si Türkiyədə təhsillərini davam etdirəcək.Birinci sinifə isə 100 şagird qəbul edilib”, - deyə direktor bildirib.

Liseydə təşkil edilən son zəng tədbirindən görüntüləri təqdim edirik:

Ziya SƏCCAD
BAKU.WS
QALEREYA