Xarici Dillər Universitetində rektor təyin olunan Kamal Abdulla iclas keçirib.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, iclasda yeni qaydalar müəyyənləşib və rektor bəzi qərarlar verib.

Universitetdə qəbul edilmiş yeni qərarlar bundan ibarətdir.

– Yay məktəbi tam pulsuz olacaq
– Apeliyasiya imtahanlarında maksimum bal 2-dən 5-ə qaldırılacaq
– İmtahan nəzarətçiləri fənn və ya fənnə yaxın müəllimlər olacaq
– İmtahan nəzarətçiləri otaqda gəzməyəcək, tələbənin başının üstündə dayanmayacaq, yerində oturacaq
– Çöldə əlavə nəzartçilər olmayacaq, hər imtahan otağında bir nəzarətçi olacaq
– Universitetdə kitabxana punktu yaradılacaq, tələbələr kitab üçün universitetin Təbriz küçəsindəki tədris binasına getməyəcək. Tələbə kitabın adını deyəcək və kitabxana əməkdaşları özləri gətirib verəcək
– 4-cü kursda oxuyan oğlan tələbələrə əsgərlik probleminə görə kəsrlərində köməklik olunacaq
– İslam oyunları könüllüləri üçün heç bir problem yaranmayacaq.
– Tələbənin üzrlü səbəbi olarsa, onun üçün imtahanın vaxtı dəyişdiriləcək
– Təhsil haqqının ödənişi ilə bağlı çətinlik yaranarsa, rektora ərizə ilə bildiriləcək.
 
BAKU.WS