Uşağı bağçaya "şirinlik"lə yazdırmaq istəyənlərə XƏBƏRDARLIQ

"Valideynlər bəzən deyirlər ki, qeyri-qanuni olanda o dəqiqə bağçalara qəbul sistemində boş yer olur. Bildirmək istəyirəm ki, əgər siz uşağınızı qeyri-qanuni yolla bağçaya yazdırırsınızsa, onun adı sistemdə qeyd edilmir".
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər Təhsilin Təşkili Şöbəsinin müdiri İlahə Rəsulova deyib.
İ.Rəsulova bildirib ki, mütəmadi monitorinqlər aparılır və bu cür hallara yol verən müəssisə rəhbərləri ilə bağlı qanuni tədbirlər görülür:
"Bununla bağlı töhmət, şiddətli töhmət, hətta işdən çıxarılma halları belə olur. Praktikada bu səbəbdən işdən çıxarılan müdirlər də var".
Oxşar xəbərlər
Azərbaycanda 3 bakalavriat dərəcəsi olacaq
Ali təhsilin ikinci səviyyəsini təşkil edən bakalavriat səviyyəsinin və ya onun ekvivalentinin təhsil proqramlarını tədris edən akademik heyət Ali Təhsil Kvalif...
