Ağalı kənd məktəbinin direktoru vəzifəsindən azad edilib
02
iyl
2024
20:28
Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova vəzifəsindən azad olunub.
"Report"un əldə etdiyi məlumata görə, o, səhhətində yaranan problemlə əlaqədar öz ərizəsi əsasında ixtisası üzrə müəllim kimi saxlanılmaqla tutduğu vəzifədən azad edilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən faktı "Report"a təsdiqləyiblər.
Bildirilib ki, direktor vəzifəsi həmin məktəbin coğrafiya müəllimi Aslanlı Sahilə həvalə olunub.
Oxşar xəbərlər
Kənd məktəbində oxuyub Prezident təqaüdü qazanan tələbələr - FOTO
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2021/2022-ci tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haq...