Kənd məktəbində oxuyub Prezident təqaüdü qazanan tələbələr - FOTO

Kənd məktəbində oxuyub Prezident təqaüdü qazanan tələbələr - FOTO
Sosial 1144

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2021/2022-ci tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam qəbul imtahanları zamanı ən yüksək bal toplamış 102 tələbəni əhatə edir.

BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəbul imtahanı zamanı yüksək bal toplayaraq tələbə adını qazananlar arasında bölgələrdə, kəndlərdə yerləşən məktəblərin kifayət qədər məzunları da var.

Onların bəziləri barədə məlumatları təqdim edirik:

Prezident təqaüdçüsü olan Ağayeva Əsmər Osman qızı Qəbələnin Kiçik Əmili kənd tam orta məktəbinin məzunudur.

Allahverdiyeva Aynur Rauf qızı isə Ağdam rayon 29 nömrəli tam orta məktəbinin məzunudur. O, universitetə qəbul üçün 673 bal toplayıb.

Kənd məktəbində oxuyub Prezident təqaüdü qazanan tələbələr - FOTO

Bədəlov Əflan Aslan oğlu isə Salyan şəhər Yusif Qasımov adına 4 saylı tam orta məktəbinin məzunudur. O, DİM-in qəbul imtahanında 691,2 bal toplayıb. II qrupun birincisi olan Əflan Bakı Ali Neft Məktəbini seçib.

Kənd məktəbində oxuyub Prezident təqaüdü qazanan tələbələr - FOTO

Prezident təqaüdçülərindən olan Əfəndiyev Kamil Nazim oğlu isə IV qrup üzrə ən yüksək nəticəni göstərib. 692.5 bal toplayan Kamil Cəbrayıl rayonu, Sirik kənd orta məktəbinin (Ə.Veysəlov adına) məzunudur.

Kənd məktəbində oxuyub Prezident təqaüdü qazanan tələbələr - FOTO

Əliyev Mirmahmud İsmayıl oğlu da Lənkəranda təhsil alıb. Lənkəran şəhər 5 nömrəli tam orta məktəbinin məzunu olan Mirmahmud qəbul imtahanında 676 bal toplayıb. O, bu nəticəyə görə rayon birincisidir. Mirmahmud Əliyev Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub.

Kənd məktəbində oxuyub Prezident təqaüdü qazanan tələbələr - FOTO

Əliyeva Elvina İlqar qızı Şirvan şəhər B.Aslanov adına 16 nömrəli tam orta məktəbinin məzunudur.

Kənd məktəbində oxuyub Prezident təqaüdü qazanan tələbələr - FOTO

Ənsərli Cahan Akif qızı isə Oğuzdandır. Oğuz şəhər 3 nömrəli məktəb-liseyin məzunu olan Cahan qəbul imtahanında 679 bal toplayıb. O, BDU-nun Hüquqşünaslıq fakültəsini seçib.

Kənd məktəbində oxuyub Prezident təqaüdü qazanan tələbələr - FOTO

Hacıyeva Sevin Eldar qızı isə Gədəbəy rayonu Nərimankənd kənd tam orta məktəbinin məzunudur. Kənd məktəbində təhsil alan Sevin qəbul imtahanında 663.5 bal toplayıb.

Kənd məktəbində oxuyub Prezident təqaüdü qazanan tələbələr - FOTO

Həmzalı Nəzrin Elçin qızı Masallı şəhər 5 nömrəli tam orta məktəbinin məzunudur. O, 678.7 balla Azərbaycan Tibb Universitetinin Tibb fakültəsinə qəbul olub.

Kənd məktəbində oxuyub Prezident təqaüdü qazanan tələbələr - FOTO

Həsənli Oğuz Malik oğlu Culfa rayonunun Bənəniyar kənd tam orta məktəbini bitirib. O, qəbul imtahanlarında I ixtisas qrupu üzrə 676 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi fakültəsinə qəbul olub.

Kənd məktəbində oxuyub Prezident təqaüdü qazanan tələbələr - FOTO

Hüseynov Şamşur Şahmar oğlu Şəmkir rayon Şiştəpə kənd tam orta məktəbinin məzunudur. Qəbul imtahanlarında 680 bal toplayıb.

Kənd məktəbində oxuyub Prezident təqaüdü qazanan tələbələr - FOTO

İsmayılova Nuridə Qüdrət qızı Tovuzun Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəbinin məzunudur. Prezident təqaüdünə layiq görülən Nuridə 664 balla BDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olub.

Kənd məktəbində oxuyub Prezident təqaüdü qazanan tələbələr - FOTO

Şəmkirdən olan digər Prezident təqaüdçüsü Kazımov Ayxan Seymur oğludur.

Rayonun Düyərli kənd 2 nömrəli tam orta məktəbinin məzunu olan Ayxan qəbul imtahanında 695,5 bal toplayıb. Ayxan Kazımov buraxılış imtahanında maksimal bal toplayaraq ölkə üzrə ən yüksək nəticə göstərmişdi.

Kənd məktəbində oxuyub Prezident təqaüdü qazanan tələbələr - FOTO

Prezident təqaüdçüləri olan Pirizadə Nurlan Müşfiq oğlu və Qasımova Röya Anar qızı Qubadlı rayon ümumi təhsil müəssisələrinin məzunlarıdır. Nurlan H.Quliyev adına Çaytumas məktəb-liseyi, Röya isə C.Həşimov adına Mərdanlı kənd tam orta məktəbini bitirib.

Kənd məktəbində oxuyub Prezident təqaüdü qazanan tələbələr - FOTO

Qebedova Billurə Elnur qızı Gəncə şəhər Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbinin məzunudur. 690.2 bal toplayan Billurə ATU-nun Tibb fakültəsində təhsil alacaq.

Kənd məktəbində oxuyub Prezident təqaüdü qazanan tələbələr - FOTO

Məhərrəmova Aygün Allahverdi qızı 4-cü ixtisas qrupu üzrə 691.6 bal toplayıb. O, Beyləqan rayonu, Yuxarı Aran kənd orta məktəbinin məzunu olub. Məktəbi qızıl medalla bitirib.

Kənd məktəbində oxuyub Prezident təqaüdü qazanan tələbələr - FOTO

Mustafayev Kamran Teymur oğlu Masallı rayonu Sədrəddin Rəhimov adına Köçəkli kənd tam orta məktəbinin məzunudur. O, qəbul imtahanlarında 670 bal toplayıb.

Kənd məktəbində oxuyub Prezident təqaüdü qazanan tələbələr - FOTO

Yusifova Cəmilə Mahir qızı Şirvan şəhər 1 saylı məktəb-liseyin məzunudur. 685.5 bal toplayan Cəmilənin seçimi Bakı Ali Neft Akademiyası olub.

Kənd məktəbində oxuyub Prezident təqaüdü qazanan tələbələr - FOTO

Mustafayev Anar Zahidoviç və Sultanov Rəvan Nüsrət oğlu Quba məktəblərində təhsil alıblar.

Kənd məktəbində oxuyub Prezident təqaüdü qazanan tələbələr - FOTO

Anar Bağbanlı kənd tam orta məktəbinin, Rəvan isə Rustov kənd tam orta məktəbinin məzunudur.

Qeyd edək ki, tələbələr üçün Prezident təqaüdünün məbləği 210 manat təşkil edir.

Oxşar xəbərlər

Son xəbərlər