Bu günədək nəçə tələbə təhsil krediti alıb? - STATİSTİKA
25
dek
2023
22:48
Bu günə qədər təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan verilən məlumata görə, indiyədək 36 min 403 tələbə kredit almaq üçün müraciət edib.
Onlardan 613 nəfərin müraciəti natamam olub, 639 nəfərin müraciəti isə emal mərhələsindədir. Habelə 7 816 nəfərin müraciətinə imtina cavabı verilib, 90 nəfərin müraciəti isə banka yönləndirilib.Ümumilikdə 27 min 245 nəfərə TTK verilib. Onların arasından 9 797 nəfərin müraciəti sosial TTK, 17 min 448 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.
Oxşar xəbərlər
2022-2023-cü tədris ilinin I semestri üçün tələbə kreditinə müraciətlərin qəbuluna başlanılır
İyulun 15-də 2022-2023-cü tədris ilinin birinci semestri üçün təhsil tələbə kreditinə müraciətlərin qəbuluna start verilir. Abituriyent və tələbələr təhsil kred...